İspaniyada 700 illik müsəlman hökmranlığı necə sona çatdı?

Tarix
Photo

Bundan sonra İspaniya Avropanın ən güclüsünə çevrildi və Yeni Dünyanı kəşf etdi

Müsəlman hökmranlığı başa çatan andan etibarən İspaniya erkən Avropada ən hökmran qüvvəyə çevrildi. 1492-ci ilin Yanvarın 2-də Qranadanın Mur sultanı və Nəsrid sülaləsinin başçısı Abdallah Məhəmməd bin Ali, yaxud Baobdil kimi tanınan XII Məhəmməd şəhəri təslim etdi və açarlarını Alhambranın katolik monarxları II Ferdinanda və I İzebellaya təhvil verdi. Xristian hakimlər Qranadaya İspaniyanın kardinalı Fransisko Sisneros və saray məiyyətinin, aralarında Xristafor Kolumbun da olduğu əsilzadələrin müşaiyyəti ilə gəlmişdilər.

Bütün xristian sarayı və cəngavərləri Mur qiyafələri, brokadalar, ipək köynəklər, marlotalar geyinmişdilər, bu, guya açıq hörməti, əminliyi və fikir birliyini əks etdirən bir jest idi. Reallıqda isə düşmən sayılan Murlar işğal olunur və onların hər şeyi ələ keçirilirdi. Bu həmçinin Rekonkestin aqressiv düşmənçiliyinin əsasının qoyulması demək idi, sonradan da məlum olduğu kimi o, kültür və dini dağıtmağa girişdi. Bu arzu 1609-cu ildə tam gerçəkləşdi, bütün Mariskoslar və müsəlmanlığı qəbul edənlər İspaniyadan qovuldular.

Şəhərə möhtəşəm mənzərəsi açılan Əlhambradakı “Yeddi Mərtəbəli Darvazadan” çıxaraq onları qarşılamağa gələn Boabdil buraları əbədi tərk etmək ərəfəsində idi. Qranadanı Xristian düşmənə rəsmən təslim etmək üçün Boabdil şəhərin açarlarını Ferdinanda təhvil verdi və deyilənə görə ərəbcə belə söylədi: “Allah sizi çox sevir. Cənab, bunlar cənnətin açarlarıdır. Mən və şəhərdəki hamı sizin sərəncamınızdayıq”.

Mübarizə və diplomatiya

Bu təslimiyyət bugünkü günə qədər yazıçılara və sənətkarlara ilham verir - əvvəlcə heyratamiz işğal baş tutmuş, sonradan isə itkinin və təslimiyyətin böyük ağrısı yaşanmışdı. Əsrlər boyu davam edən və bir epoxanın rəmzi olan iki böyük din və mədəniyyət arasındakı nəhəng toqquşmada Qranada krallığı İslam Dövlətindən yenidən xristian bölgəsinə çevrilmişdi.

1492-ci ildən on il əvvəl Qranada krallığı Avropa tarixindəki ən dəhşətli müharibələrdən birinə şahid olmuşdu. Bura bir vaxtlar Pireneylərdən başlayaraq, İspaniyanın şimalındakı Barselona və Pamplona şəhərləri daxil olmaqla nəhəng bir ərazini əhatə edən Müsəlman imperiyasında Nəsrid sultanının İspaniyada qalmış yeganə mülkü idi. Qranadanın süqutu iki böyük və müxalif din arasındakı qədim döyüşün kuliminasiya nöqtəsi idi, bu, nəinki Avropanın böyük bir hissəsində mədəniyyət üçün həlledici oldu, həmçinin Amerikanın kəşfi üçün bazis rolunu oynadı.

1482-1492-cı illər arasındakı müsəlman idarəçiliyinin son onilliyində sultan Boabdil – hakimiyyətə gələndə 20 yaşlarındakı bu sütül gənc Əlhambra sarayından kənara çıxmamışdı və öz disfunksional ailəsindən kənardakı dünya ilə tanış deyildi –Qranadadakı Nəsrid xanadənının 23-cü kralı seçildi. Bir-birini təqib edən 10 il ərzində o, inadkar xristian ordusunun hücumlarına əzmlə dirəndi və İslam krallığının qaçılmaz süqutuna və nəticə etibarilə özünün İspaniyadan sürgün olunmasına ləyaqətlə dözdü. Boabdil əvvəlki müsəlman hakimlərdən fərqli olaraq sövdələşməni zorakılıqdan, sülhü xristianlarla savaşmaqdan üstün tutmuş və öz krallığındakı müsəlmanların xristian həmvətənləri ilə birgəyaşayışında din və adət-ənənələrini yaşatmaq üçün yollar tapmağa çalışmışdı.

Mövzu ilə bağlı əvvəlki kitabımda da bəhs etdiyim kimi İspaniyadakı sonuncu müsəlman sultanı repressiyaya qarşı müqavimətin güclü simvoluna və dirənişin liderinə çevrilmişdi – o elə bir əxlaqi qəhrəmandır ki, həyatı bu gün böyük əhəmiyyət daşıyır, çünki o krallığı qorumağa çalışmış və bunu edərkən də sövdələşmə və diplomatiya yoluna üstünlük vermişdi.

Son günlər

Ümumən 1492-ci ildə müasir İspaniyanın və Yeni Dünyanın Kəşfində başlanğıc il kimi xarakterizə edilir. Ancaq sona çatan şey də eyni dərəcədə qiymətli idi. 711-ci ildən bəri keçən təqribən 800 ildə İspaniya yarımadası bölgəyə işğalçı kimi gələn bir qrup insanın yurduna çevrilmiş və onlar burada unikal və inkişaf etmiş bir sivilizasiya yaratmışdılar, sonralar bu kültür İspaniyada nəsillərdən nəsillərə ötürülmüşdü. Amma itən şeylərdən biri də mədəniyyətlərarası məhsuldar qarşılıqlı mədəni fəaliyyət və müsəlman fəthindən sonra ortaya çıxan intibah idi.

Xristianların, müsəlmanların və yəhudilərin bəzən o qədər də asan olmayan birgəyaşayışı orta əsrlərdə İspaniya həyatının mühüm parçası idi və o, birdən 1609-cu ildə Moriskosun işğalı ilə nəticələnərək ciddi qarşıdurmalara və münaqişələrə səbəb oldu. 1492-ci ildən etibarən İspaniya üç dinin nümayəndələrinin birgə yaşadığı cəmiyyətdən vahid din və dilin mövcud olduğu, müxtəlifliyə qarşı çıxan və repressiv bir məkana çevrildi.

Boabdilin hekayəti və Qranadanın süqutu dini dözümsüzlüyə, fanatik gücə və mədəni cahilliyə qarşı duran sonuncu nümunədir, ondan sonra müsəlmanlar və xristianlar arasındakı zorakılıq, gərginlik və kin-küdərt indi olduğu kimi çox basqıçı oldu.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR