Manipulyasiya olunduğumuzu necə bilək?

Emosional intellekt
Photo

Kimsə səni manipulyasiya edirsə, nə etməlisən?

Əgər sən yaxın münasibət və ya təsadüfü görüş zamanı özünü nəsə naqolay hiss edirsənsə, üzərində nəzarət, təzyiq olduğunu və ya özünü sorğuya çəkdiyini düşünürsənsə, bu, manipulyasiya ola bilər.

“”Manipulyasiya istəklərini və ehtiyaclarını birbaşa soruşa bilməyən insanların istifadə etdiyi və emosional baxımdan qeyri-sağlam olan bir strategiyadır”, - bunu Kaliforniyada zorakılıq və toksik münasibətlər sahəsində mütəxəssis olan Şaryi Stayns deyir: “Başqalarını manipulyasiya etməyə çalışan insanlar onlara nəzarət etmək istəyirlər”.

İnadkar satış menecerindən tutmuş, zorakı partnyora qədər manipulyatorların müxtəlif növləri vardır – bu davranışlardan bəzilərini digərlərindən fərqləndirmək asandır.

Bu araşdırmada ekspertlər sənin manipulyasiyaya hədəf ola biləcəyini göstərən açıqlayıcı əlamətləri izah ediblər.

Sən qorxu, məcburiyyət və günah hiss edirsən

Staynsa görə manipulyativ davranışda 3 amil özünü göstərir: qorxu, məcburiyyət və günah. “Kiminsə manipulyasiyasına məruz qaldığın zaman sən çox güman, etməyi istəmədiyin bir şeyi eləmək üçün psixoloji basqı hiss edirsən”, - Stayns deyir. Sən bunu etmək üçün qorxu, məcburiyyət, etməmək üçün isə günah hissi duya bilərsən.

O, iki cür yayğın manipulyatoru ayırd edir: “zorba” və “qurban”. Zorba sənə qorxu hiss etdirmək istəyir, o sənə nəzarət etmək üçün aqressiyadan, təhdiddən və qorxutmaqdan istifadə edə bilər, Stayns deyir. Qurban isə öz hədəfində günah hissi doğurur. Staynsın dediyinə görə, qurban adətən incinmiş rolunu oynayır. Amma manipulyatorlar tez-tez qurban rolu oynasalar da, əslində əksərən problemin baiskarları onlar olurlar.

Staynsın dediyinə görə, qurban rolunu oynayan manipuyatorun hədəfinə tuş gələn insan günah hissindən qurtulmaq üçün manipulyatora kömək etməyə çalışır. Bu cür manipulyasiyaya məruz qalanlar əksərən qurbana əzabını yatışdıracaq şeylər etməklə, ona kömək etmək üçün özlərini cavabdeh hiss edirlər.

Sən özünü sorğuya çəkirsən

“Qazyandırma” (“gaslighting”) termini insanları özlərini, reallıqlarını, yaddaş və düşüncələrini sorğuya çəkməyə təhrik edən manipulyasiyanı ehtiva edir. Manipulyativ şəxs sənin dediyini fırlada və özlərinə sərf edən formada deyə bilər, Staynsın fikrincə, belələri söhbəti özlərini istədiyi tərəfə istiqamətləndirib sənə o qədər də əmin olmadığın bir şey barəsində səhv hərəkət etdiyini hiss elətdirə bilərlər.

Əgər sənə qarşı “qazyandırma” texnikası işə salınıbsa, sən günahkarlıq və özünümüdafiə hiss edə bilərsən – elə bil sən tamamilə uğursuzluğa uğramısan və ya nəsə böyük xətaya yol vermisən, əslində isə, Staynsın dediyinə görə, ortada belə bir şey yoxdur.

Sən iplə oynadılırsan

Stayns deyir ki, “əgər sənə yaxşılıq elə belə edilməyibsə, onda o “əyləncə xatirinə” və qarşılıqsız edilməyib”. “Əgər iplər keçirilibsə, manipulyasi baş verir”.

Stayns manipulyatorun bir növünə “Cənab, yaxşı oğlan” kimi müraciət edir. Bu şəxs yardımsevər ola və başqalarına bir çox yaxşılıqlar edə bilər. “Bu çox çaşdırıcıdır, çünki sən burda nəsə neqativ bir şey görmürsən”, - o deyir. “Amma digər tərəfdən edilən hər bir yaxşılıq üçün sənə bir ip keçirilib – bu gözləntidir”. Stayns deyir, əgər sən bu manipulyatorun gözləntisini doğrultmasan, naşükür kimi qələmə veriləcəksən.

McGill Universitetində manipulyasiya araşdırmaları üzrə doktor araşdırması aparan Cey Olson faktiki olaraq, normaların, gözləntilərin qarşılıqlı şəkildə istismar olunmasının ən çox yayılmış manipulyasiyalardan olduğunu deyir.

Məsələn, satış meneceri sənə qəbul etməyəcəyin bir sövdələşmə təklif edirmiş kimi görünə bilər. Münasibətdə partnyorun sənə nəyinsə əvəzində gül ala bilər. “Bu taktikalar işə yarayır, çünki onlar sosial normalardan sui-istifadə edirlər”, - Olson deyir. “Yaxşılığa yaxşılıqla cavab vermək təbiidir, amma bunu bir kəs qeyri-səmimi etsə belə, biz yenə də qaytarmaq üçün özümüzü məcbur hiss edirik”.

Sən “foot in the door” (“Qapıya təpik”) və “door-in-the-face” (“Sifətə təpik”) texnikalarını görürsən

Manipulyatorlar adətən bu texnikalardan birindən istifadə edirlər. Birinci “Qapıya təpik” texnikasında bir kimsə kiçik və məntiqli xahişlə başlayır - məsələn, bir dəqiqə səni olarmı? – bunun ardınca isə böyük təklif gəlir, məsələn, mən taksiyə 10 dollar verməliyəm. Olson deyir ki, bu texnika küçə fırıldaqçılığında geniş yayılıb.

Olsun izah edir ki, “Sifətə təpik” texnikası bunun əksidir – bu zaman kimsə böyük bir xahiş edir, rədd cavabı alanda isə kiçiyinə keçir.

Məsələn, saziş üzərində işləyən bir adam səndən əvvəlcədən böyük miqdarda pul istəyə bilər, sən bunu rədd edəndən sonra o kiçik məbləğə keçə bilər. Bu işə yarayır, çünki böyük xahişin yanında kiçiyi nisbətdə az görünür.

Əgər manipulyasiya olunduğunu düşünürsənsə, nə etməlisən?

Sənin manipulyasiyaya reaksiya verməyin əsas etibarilə üzləşdiyin manipulyasiyanın növündən asılıdır.

Əgər sən özünün və ya bir başqasının manipulyativ, hətta zorakı münasibətdə olduğunu düşünürsənsə, ekspertlər müalicə üçün terapevt axtarmağı, yaxud kömək üçün müvafiq qurumların qaynar xətlərinə zəng vurmağı məsləhət görürlər.

Styans deyir ki, yaxşı dəstək qrupu da bu mənada faydalıdır: “Toksik münasibətlərdə olan insanlar hardansa əks-fikirlər eşitməyə ehtiyac duyurlar. Onlar qarşılıqlı əlaqənin normal olduğunu düşünməyi yadırğayırlar. Bu fərziyyəni aradan qaldırmaq üçün kimsə onlara kömək etməlidir”.

Digər manipulyasiya növlərinə gəldikdə isə Stayns manipulyativ davranışının sənə şəxsən təsir etməməsinə çalışmağı məsləhət görür. “Bu şüardan istifadə et: müşahidə elə, tələyə düşmə”, - Stayns deyir. Nə də olsa “biz kiminsə keçirdiyi hisslərə görə cavabdeh deyilik”.

Əksər vaxt sərhədlər qoymaq manipulyasiyanın uzaq tutulmasında vacib rol oynayır. Stayns deyir ki, manipulyasiya edən insanların sərhədləri pis olur. “Sənin bir insan kimi öz iradənə əsaslanan həyat təcrübən var və sən öz sərhədinlə, digərlərinin sərhədinin harada başladığını bilməlisən. Manipulyatorların sərhədləri bir qayda olaraq ya çox sərt olur, ya da tələyə əsaslanır”.

Olsona görə, manipulyasiya situasiyasında cavabın verilməsinin gecikdirilməsi faydalı ola bilər. Məsələn, o məsləhət görür ki, sənədi görən kimi imzalamayaq, ətraflı düşünmədən nəyisə almayaq və tez-tələsik münasibətlə bağlı qərarlar verməyək. “Manipulyasiyanı yubatmaq ondan yayınmaq üçün adətən ən yaxşı həll yoludur”, - Olson deyir.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR