Kim Kardaşyan necə Ermənistanın ən məşhur müdafiəçisi oldu?

Hər şeydən biraz
Photo

Nümayəndə Adam Şiff I Dünya Müharibəsində baş verən “Erməni Soyqırımı”nın tanınması üçün qanun layihəsini irəli sürəndə, onun həmkarı kaliforniyalı Demokrat Ceki Speyerın ağlında tutduğu ikinci bir məsələ vardı.

Aprelin 9-da Kapitol Hilldəki ənənəvi anım mərasimində erməni-amerikalılara müraciət edən Speyer dedi ki, onların prezident Donald Trampın oxşar addım atmasına inandırmaq üçün “gizli silahı” var.

Ermənilərin Amerikadakı Milli Komitəsində təşkil olunan tədbirdə Speyer belə dedi: “Məncə, biz hamımız Kim Kardaşyana tvit atmalıyıq, ciddi deyirəm və ondan xahiş etməliyik ki, prezidentin də bu addımı atması üçün bizə qoşulsun”.

Bu fikir əvvəlcə auditoriyanın gülüşünə səbəb oldu, amma ardınca dərhal alqış sədaları eşidildi – bu, reaiti şou ulduzunun məsələdə həlledici rol oynaya biləcəyinə dair yekdil eyham idi. Nümayəndələr Palatasının Türkiyəyə meydan oxumaqla, Şiffin qanun layihəsinə 405-11 kimi böyük fərqlə səs verdiyi məqamda, Kardaşiyanın həm Ermənistan, həm də Tramp administrasiyası ilə əlaqələri gündəmə gəldi.

Lobbiçiliyə dair federal qeydlər Ermənistan hökumətinin lobbiçilər tutmadığını göstərir. Amerikan Erməni Milli Komitəsinin icraçı direktoru Aram Hamparyan “Al-Monitor”a verdiyi müsahibədə qeyd etdi ki, qrup Kardaşyan kimi tanınmış dəstəkçilərin ictimai dəstəyini könül xoşluğu ilə qarşılasa da, layihənin keçməsi minlərlə dəstəkçinin “sadəcə son həftələrdəki deyil, bir neçə on ildəki“ çabalamalarının gətirdiyi töhfədir.

Bununla belə, federal cəza islahatının qəbul olunmasında və narkotik ittihamlarıyla ömürlük həbsə məhkum olunan Alis Marie Consonun bağışlanması üçün Trampa təsir etməkdə əhəmiyyətli dərəcədə rol oynayan və diaspora üzvü olan ulduz “Erməni Soyqırımı”nın tanıdılmasına töhfə verməkçün kifayət qədər iş görüb.

Kardaşyan illər boyunca erməni-amerikan atası Robert Kardaşyanın xatirəsinə ABŞ-ın bir milyon xristian erməninin qətliamını soyqırım kimi tanıması üçün ictimai təbliğat aparıb. Son dövrlərdə isə bu dəstək yeni mərhələyə keçib, belə ki, Kardaşyan məsələylə əlaqədar Ermənistanın yüksəkçinli rəsmiləriylə müzakirələr aparır, Konqressin üzvləriylə şəxsi söhbətlər aparır və prezidentin baş məsləhətçisi Cared Kuşnerə tekst mesajları göndərir.

İyul ayında “The Wall Street Journal” nəşrinə müsahibə verərkən Kardaşyan cinayət ədliyyəsi islahatlarına aparılması məsələsinə görə, əlaqədə olduğu Cared Kuşnerə Erməni məsələsiylə əlaqədar təzəlikcə mesaj mətni göndərdiyini demişdi. Elə həmin müsahibə vaxtı ona Speyerdən zəng gəlmiş və o, Kardaşyanın məsələni birbaşa Trampın diqqətinə çatdırması üçün öz müraciətini təkrarlamışdı.

“The Wall Street Journal”ının məlumatına görə, Kardaşyan Ağ Evə növbəti ziyarəti zamanı məsələni gündəmə gətirəcəyini demiş və öz publisistinə belə demişdi: “Mən bu missiyanı yerinə yetirmək istəyirəm. Belə, atamı çox qürurlandırmış olardım”. Kardaşyanın nümayəndələri həmin danışıqlarının hansı səviyyədə olmasına dair aydınlıq gətirməmişdilər.

Kardaşyanın vəkilliyi Ermənistana səfər edəndən sonra yeni mərhələyə yüksəldi, açıqlaması zamanı o bildirdi ki, özünün "Skims" brendini buraya köçürmək istəyir. Səfəri zamanı o bir daha siyasi liderlərə hökumətin məsələsini ABŞ rəsmiləriylə görüşlərdə qaldıracağına dair şifahi razılıq verdi. Oktyabrın 9-da “Tvitter”də Kim Kardaşyanla selfi paylaşan Baş nazir Nikol Paşinyan belə yazırdı: “Kim Kardaşyanla onun Ermənistanı tez-tez ziyarət edəcəyinə dair razılığa gəldik”. Baş nazirin ofisinin açıqlamasında isə bəyan edilirdi ki, tərəflər “Erməni Soyqırımının qınanması və beynəlxalq miqyasda tanınması prosesini” müzakirə ediblər. Kardaşyan Ermənistan prezidenti Armen Sarkisyanla ayrıca nahar da edib və Ermənistanın mətbuat orqanlarına açıqlamasında bildirib ki, birbaşa Trampa lobbiçilik etməsə də, “Ağ Evdəki şəxslərlə danışıqlar aparıb”.

Həmin ziyarət zamanı Kardaşyan həmçinin Ermənistanda səfərdə olan Speyer, Nümayəndə Cudi Çu D-Kaliflə də görüşüb. Speyer “Tvitter” hesabında trionun şəklini paylaşaraq belə yazmışdı: “Kim Kardaşyanla bizim ortaq Amerikan irsimiz və ABŞ-ın Erməni Soyqırımını bir daha yenidən rəsmi şəkildə tanıması barədə danışırıq”.

“Onun bizə dediyi heyrətamiz məsələ Erməni Soyqırımı qanun layihəsinin keçməsini necə ürəkdən istəməsinə dair idi”, - Çu “Al-Monitor”a açıqlamasında deyib: “O, əlbəttə, erməni atasının xatirəsini əziz tutmaq üçün bunu istədiyini bildirdi. Onun bizdən biraz əvvəl baş nazirlə görüşü vardı və mən bunun məhsuldar görüş olduğuna və onunla Ermənistan arasındakı əlaqələri daha da gücləndirdiyinə inanıram”.

Qeyd edək ki, ABŞ Konqresi “soyqırım”ı sonuncu dəfə 1984-cü ildə tanıyıb, Ronald Reyqan administrasiyası isə 1981-ci ildə məsələ ilə əlaqədar bəyanat verib. Bundan sonra, ABŞ administrasiyaları Türkiyəni qəzəbləndirməmək üçün termindən istifadə etməkdən qaçıblar. Barak Obama təşfiqat kompaniyasında “Erməni Soyqırımı”nı tanıyacağını desə də, hakimiyyətdə olarkən vədinə əməl etməyib. 2018-ci ildə 100 hüquqşünas Trampa “soyqırımı”n tanıması üçün məktub göndərib, Tramp isə aprelin 24-dəki çıxışında yenə məsələni “20-ci əsrin ən müdhiş kütləvi qırğınlarından biri” kimi qınamağı üstün tutub.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR