Volter Bastiliya məhkumundan məşhur dramaturqa necə çevrildi?

Tarix
Photo

Lorraine Boissoneault tarix və arxeologiya mövzularını əhatə edən SmithsonianMag.com-un yardımçı yazarıdır. O, əvvəllər The Atlantic, Salon, Nautilus and digər nəşrlər üçün yazmışdır, habelə bir kitabın müəllifidir (The Last Voyageurs: Retracing La Salle's Journey Across America).

François-Marie d'Arouet hər zaman ən yaxşı əyləncələrə dəvət olunan və bir növ vaxtından əvvəl yetişmiş bir gəncdi. Gənc yazıçı 18-ci əsr Paris elitası arasında zəki və cəlbedici şeirlərinə görə nüfuz qazandığı vaxt, 1716-cı ilin mayında hakim ailəni tənqid etdiyinə görə şəhərkənarına sürgün edilir. Lakin Arouet – tezliklə "Voltaire" imzasını qəbul edir – sadəcə yalnız hakimiyyətdə olanlara qarşı çıxmağa başlayır. Növbəti illərdə bu hərəkətlər daha böyük və ciddi nəticələrə gətirib çıxaracaqdı: özü üçün həbs cəzasına, ölkəsi üçün inqilaba. Bütün bunlar insest bir hekayə ilə başlayır.

1715-ci ildə gənc Arouet çətin və yeni bir layihəyə başladı: "Edip"in (Oedipus) müasir fransız auditoriyasına uyğunlaşdırılması. Qədim yunan hekayəsi atasını, Tebes kralını öldürəcəyi və anası ilə evlənəcəyi barədə bir vəhyi həyata keçirən Edipin çöküşünün xronologiyasıdır. Yunan dramaturqu Sofokl Oedipus Rex adlı faciəsində pyesin ilk versiyasını işləmişdi. 1659-cu ilə qədər tanınmış fransız dramaturqu Pierre Corneille pyesi (müasir fransız auditoriyasına) uyğunlaşdırmışdı. Lakin Arouet bu hekayənin müasirləşdirməyə dəydiyini düşünürdü və o, bunun üçün bütün şərtlərin mümkün olduqca təmin olunduğu bir dövrdə yaşayırdı.

1 sentyabr 1715-ci ildə 14-cü Luis (həmçinin "Günəş Kral" kimi tanınır) özündən sonra məlum bir varis qoymadan ölür. Fransa tarixində ən güclü hökmdarlardan biri, sərvətlərini artıraraq müstəmləkə mülklərini genişləndirən Luis, habelə ölkəni üç böyük müharibəyə sürükləmişdi. O, Fransada hakimiyyəti mərkəzləşdirmiş və fransız protestantları şiddətlə təqib edərək Katolik Kilsəsini yüksəltmişdi. Kralın yeganə oğlu, nəvəsi kimi, özündən əvvəl ölmüşdü. (Bu halda) Kralın 5 yaşındakı böyük nəvəsinin dövlət hakimiyyətinə nəzarət etmək üçün naibə ehtiyacı yaranır. Bu vəzifə Orlean Hersoqu Filipə düşdü. O, Regent kimi ölkəni idarə etmək üçün ölənədək bu mövqedən istifadə etdi.

14-cü Luis

Filip, Avstriya, Hollandiya və Böyük Britaniya ilə ittifaq quraraq Fransanın geosiyasi trayektoriyasını dəyişdirdi. O, həmçinin köhnə ictimai qaydanı alt-üst etdi, senzuraya qarşı çıxdı və bir vaxt qadağan edilmiş kitabların yenidən çap olunmasına icazə verdi. “Ölkə Palais-Royalda, Parisin göbəyində yaşayan, masa, şüşə və ətdən, həmçinin öz qızı Berri qrafiniyasının bədənindən (bu söz-söhbətə az inanılmırdı) həzz alaraq bolluca feyziyab olan biri kimi məşhur olan şəxsin sərəncamına keçdikdə, şərait kökdən dəyişdi” – Roger Pearson "Qüdrətli Volter: Azadlıq arxasında bir həyat" kitabında yazır.

Arouet üçün sosial məhdudiyyətlərin yumşaldılması, demək olar ki, hədsiz imkanlar yaradır, o cümlədən teatrın istifadə edilməsi azadlıq və tolerantlıq mesajını ictimaiyyətə yaymanın bəlkə də ən təsirli üsulu oldu.

“Volterin fikrincə 1733-cü ildə Avropa əhalisinin sadəcə beş faizi onun “İngiltərə məktubları”nı oxuya bilirdi” – "Volter İnqilabı"nın (Voltaire’s Revolution: Writings From His Campaign to Free Laws From Religion) redaktoru və tərcüməçisi Gail Noyer bildirir: “Beləliklə, pyeslərin ictimai rolu əsrin sonuna qədər kitablardan daha çox təsirə malik oldu”.

Parisin çoxsaylı teatrlara ev sahibliyi etməsinə baxmayaraq, Volterin əsərlərinin harada nümayiş olunacağı məsələsində sadəcə bir seçim özünü göstərir. “Comédie Française, tragediya və ciddi dramaların səhnələnməsi üçün məhkəmə tərəfindən səlahiyyət verilən və nəzarət edilən yeganə teatr kimi virtual inhisara malik idi” – lan Devidson "Volter: bir həyat"da yazır: “demək olar ki, yazıçı olmaq arzusunda olan hər kəs Comédie Française üçün yazmaq istəyirdi”.

Arouet "Edip" pyesi üzərində, təkcə Comédie Française tərəfindən rədd edilmək üçün, qızğın şəkildə işləyir. Yenə də teatr onu qəti şəkildə rədd etmir, əvəzində pyesi yenidən nəzərdən keçirməyi təklif edir. Nəhayət, 1917-ci ilin yanvar ayının 17-də, teatr pyesin yenidən işlənmiş forması ilə razılaşır.

Lakin Arouetin müvəffəqiyyətinin zamanlanması bundan daha pis ola bilməzdi. O, pyes üzərində işlədiyi müddət ərzində, dostları ilə bölüşdüyü məşhur həcvləri yazmağa davam edir, o cümlədən Filipin qızı ilə insest əlaqəsi ilə bağlı şayiələrə istinad edən parçanı:

“Bu, oğul deyil, atadır;

Bu, ana deyil, qızdır.

Bura qədər hər şey yolundadır.

Onlar artıq Eteocles-u törədilər;

Əgər o qəfil iki gözünü itirsə;

Bax bu, Sofokl üçün əsl hekayə olardı”.

Həcv, Regent Filip və onun öz qızı ilə əlaqəsinə açıq şəkildə işarə edirdi və bu, tolerant idarəçi üçün belə çox dözülməz idi. 1717-ci il mayın 16-da Arouet həbs edilir və dəhşət saçan Bastiliyaya aparılır. O, həcvləri yazan adam olmadığını iddia edərək, təqsirsizliyini müdafiə etməyə çalışsa da, casus olduğu ortaya çıxan bir neçə dostuna həcvlərin müəllifi olduğunu etiraf etmişdi. Davidson yazır: “Bastiliyadakı şərtlər, on fut divarları, üçqat qıfılları, barmaqlıqları, cəftə və rəzələri, habelə kasad ərzaqı və günəş işıqsız sərt və zülmlü idi”. Daha pisi, əgər mümkün olarsa, nə vaxt azad oluna bilinəcəyi barədə Arouetin heç bir fikri yoxdu. Onun işi hansısa məhkəmə prosesindən keçməmişdir; nə qədər həbsdə qalacağı yalnız Regentin kefindən asılı idi.

Bastiliya qalası

11 aydan sonra Regent Arouetə mərhəmət göstərməyə qərar verərək, onu 14 aprel 1718-ci ildə, Müqəddəs Cümə axşamı günü azad etdi. Arouet daha bir neçə ay 18-ci əsrin evin dustaqlığına bərabər həbs həyatı yaşadı və nəhayət Parisə sərbəst giriş-çıxışına icazə verildi. 1818-ci il noyabr ayının 17-də özünü "Voltaire" adlandırmağa başlayan gənc həyatının ilk böyük uğurunu yaşadı: "Edip" Comédie Française-də səhnələndi.

Davidson qeyd edir ki, pyes son dərəcə populyar oldu və gözlənilməz şəkildə təxminən 32 dəfə oynanıldı. Bəlkə də, bu populyarlığın bir qismi Regentin şəhvani skandallarından irəli gəlirdi. Lakin Volter yalnız irsi monarxiyaya hücum etməmişdi; O, həmçinin kilsənin korrupsioner gücünü də hədəf almışdı. Dramaturqun ən məşhur sətirlərindən birində Kraliça Jocasta deyir: “Bizim rahiblər ağılsız insanlar təsəvvür etdiyi kimi deyil; onların müdrikliyi bizim sadəlövlüyümüzdən qaynaqlanır”.

Ədəbiyyat tarixçi Marcus Allen yazır: “Ümumiyyətlə ilk pyeslərin mənəvi məzmunu Tanrı və Kral sevgisini, vətənpərvərlik borcunu və bənzərlərini vurğulayırdı”. “Pyes özlüyünüdə antik rejimin şərinə qarşı hücumların başlanması üçün Volterin əlində əsas vasitə oldu”.

Pyesin populyarlığı Volteri əsl şöhrətə çatdırdı, amma həm də ona açıqsözlülüyü müşayiət edən təhlükələri də öyrətdi. O, pyesləri, şeirləri, məktubları və hekayələri yazmağa davam edərkən, pərəstişkarları ilə yanaşı artan sayda tənqidçi ilə qarşı-qarşıya gəldi, habelə həyatı boyu hələ bir neçə dəfə Katolik Kilsəsi və monarxiyanı təhqir etdiyi üçün Fransadan sürgün ediləcəkdi.

Volterin İngiltərə, Hollandiya, Belçika və Prussiyada yaşaması onu əsrin ən böyük Aydınlanma fiqurlarının bir neçəsi ilə qarşılaşdırdı; Isaac Newton və filosof John Locke-un əsərlərini Fransaya ilk gətirən Volter oldu. İşgəncə, müharibə, dini zülm və mütləq monarxiyanı pisləməsi ilə Volter, 1789-cu ildə Fransız İnqilabını qızışdıracaq fikirlərin yolunu açdı və Benjamin Franklin və Tomas Jefferson kimi böyük amerikan intellektuallarına ilham verdi. Lakin Noyerə görə, bu irsin çoxu bu gün unudulmuşdur.

Nikbinliyin təhlükələri barədə satirik romana istinadən Noyer bildirir ki, “Görünür, insanların az-çox tanıdığı yeganə iş "Kandid" idi”. “Mən onun sadəcə təhlükəsiz mövzu kimi seçildiyini düşünürəm, çünki, qəti şəkildə, bu, Volterin həyatının ən əhəmiyyətli işi deyildi”. Öz sözləri ilə ifadə etsək, Noyer üçün real şedevr aşağıdakılardır: Volterin Fransız İnqilabına ilham vermək işinə nə qədər yardım edə bilməsi və insanlara dini dözümsüzlük və haqsızlığa dair daha tənqidi düşünməyi öyrətməyə nə dərəcədə nail ola bilməsi.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR