Elm dünyası qadınların haqqını yetərincə verirmi?

Tarix
Photo

İnternetdə dünyanın ən məşhur elm adamlarıyla bağlı axtarış keçirsək, Qaliley, Houkinq, Darvin, Nyuton, Eynşteyn kimi adlar çıxacaq.

Adı çəkilən bir neçə qadından biri, radiologiya elminin qurucusu sayılan fizik və kimyaçı Mari Kuri hər iki sahədə də Nobel mükafatına layiq görüldüyünə baxmayaraq, ikinci mükafatını aldığı 1911-ci ildə Fransa Elmlər Akademiyasına qəbul edilməmişdi.

Mari Kuri

“Oksfordlu ev qadını”

Halbuki elm aləmində önəmli kəşflərə imza atan qadınlar vardır. Örnəyi, molekulları analiz etmək üçün kristalloqrafiya metodunu inkişaf etdirən, pensilin və insulinin molekul quruluşunu aydınlığa çıxaran Doroti Hodjkin (Dorothy Hodgkin) 1964-cü ildə Nobel mükafatını qazandı.

Dorothy Hodgkin

Doroti Hodjkin həmçinin İngiltərədə elm öncüllərinə verilən ən önəmli mükafatlardan biri olan Kopli medalına da layiq görüldü və elm sahəsində Nobel mükafatına layiq görülən yeganə İngilis qadını kimi hələ də öz mövqeyini qoruyur.

Fəqət bütün bu uğurlara baxmayaraq, həmin dönəmin qəzetləri bu xəbəri “Oksfordlu evdar qadın Nobel qazandı” başlığıyla yayımlamışdılar.

Keçmişin bir çox digər qadın alimi də elmi uğurlarına layiq olacaq etibarla qarşılanmadılar. Buna görə də adları unuduldu.

Həmin qadınlardan bir neçəsi:

Ester Lederberq (Esther Lederberg) bir mikrobioloq kimi öz sahəsində cığır açan araşdırmalar həyata keçirdi. Genlərin neçə çalışdıqlarını göstərən təməl metodları təkminləşdirdi.

(Esther Lederberg

Elmi fəaliyyətiylə əri Coşua Lederberqin 1958-ci ildə Nobel Mükafatı almasına yardımçı oldu. Fəqət adı çəkilmədi.

İngilis biofiziki Rozalind Franklinin əldə etdiyi DNT molekulu görüntüsü DNT quruluşunun müəyyən edilməsində açar rolunu oynadı.

Rozalind Franklin

Bu hadisə 20-ci əsrin ən möhtəşəm elmi həmlələrindən biriydi, ancaq fiziologiya və tibb sahəsində 1962-ci ildə verilən Nobel mükafatına kişi alimlər - Ceyms Uotson, Frensis Krik və Moris Uilkins layiq görüldü.

İda Noddak həm kimya, həm də atom fizikasında əhəmiyyətli yeniliklərə imza atdı. Renium və mazurium adlı iki yeni element tapdı. Reniumun kaşifi hesab olunsa da, mazuriumun kəşfi, bu elementi laboratoriya şəraitində texnesium adıyla əldə etməyi bacaran Karlo Perriyer və Emilio Seqreyə aid edildi.

İda Noddak

İda Noddak həm də nüvə parçalanmasıyla bağlı ideyanı ilk dəfə ortaya atan alim kimi anılır.

Nüvə parçalanmasıyla bağlı ilk kəşflərə yol açan araşdırmalar isə Liza Meytnerə aiddir.

Liza Meytner

Meytner 1907-ci ildə Berlinə köçdükdən sonar kimyaçı Otto Han ilə birlikdə çalışdı. Ancaq Hann, araşdırmalarını yayımlayarkən Meytnerin adını çəkmədi və 1944-cü ildə Nobel mükafatına tək özü yiyələndi.

20-ci əsrin ən önəmli fiziklərindən biri də Vu Çzyansyun (Chien Shiung Wu) idi. Atom bombasının yaradılmasında zəhməti keçsə də, bu gün adını çox az adam xatırlayır.

Chien Shiung Wu

Digər bir qadın alim də kainata dair dünyagörüşümüzün formalaşmasında rolu olan astronom Henrietta Livitdir (Henrietta Swan Leavitt).

(Henrietta Swan Leavitt

Harvard rəsədxanasında ulduzlarla bağlı araşdırmalar aparan Livit, bir ulduzun parlaqlığına baxaraq dünya ilə arasındakı məsafənin uzunluğunu hesablayacaq yeni metodların işlənməsinin önünü açdı.

Mənbə: www.fizikist.com

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR