Mişel Fukodan seçmə fikirlər

Fəlsəfə
Photo

Dışarıda buraxılmaqla içəridə qapadılmaq eyni şeydir.

Kim olduğumu bilməyin gərəkli olduğunu düşünmürəm. Həyatın və çalışmağın təməl istiqaməti, başlanğıcdakı tipimizdən fərqli başqa bir tipə çevrilməkdir.

Əvvəl-axır insan üçün yeganə gerçək vətən, insanın ayağını basa biləcəyi yeganə torpaq, başını soxa biləcəyi, sığına biləcəyi tək ev uşaqlığından etibarən öyrəndiyi doğma dilidir.

Həbsxanaların fabriklərə, məktəblərə, kazarmalara, xəstəxanalara və bütün bunların da həbsxanalara bənzəməsi təəccüblü deyilmi?

Ruh bədənin həbsxanasıdır.

Ərdəm özümüzə qarşı hiss etdiyimiz məsuliyyətlərdir, topluma deyil.

Bir yerdə hər kəs bir-birinə bənzəyirsə, orada heç kim yoxdur demək.

Dövrümüzün problemi artıq nə olduğumuzu kəşf etmək deyil, olduğumuz şeyi rədd etməkdir.

Sənə özün barədə dürüst sözlər söyləyən yaxşı bir həqiqət hekayətçisi, sənə nifrət etmədiyi kimi, səni sevmir də.

Kim olduğumu soruşma və məndən həmişə eyni cür qalacağımı gözləmə..Sənədlərimizin düzgün olub-olmadığıyla isə qoy bürokratlarımız və polislərimiz maraqlansın.

İqtidar hər yerdədir. Dirəniş də.

Platon, aşiqin eşq obyektinə qarşı kor olduğunu söyləyir. Onda, əgər hər kəs ən çox özünü sevirsə, deməli, insan özünə nəzərən kor kimi davranır.

Ayrılığın ən incidici cəhəti, onun ucbatından itirdiyin insanlara yenidən möhtac olmağındır.

İqtidar hər yerdədir. Həbsxanada, xəstəxanada, məktəbdə, bilgidə, elmdə. Hər yerdədir iqtidar.

Bədəninizə diqqət etməyiniz, mənliyinizə də diqqət göstərməyiniz anlamına gəlmir. Mənlik, geyim-keçim, vasitələr ya da mülk deyil.

Ağıl üzərində çalışacaq qədər dəlilik etmişdim, dəliliyi araşdıracaq qədər də ağıllı idim.

Dünya, idarəediciləri psixoloqlar və xalqı da xəstələr olan böyük bir dəlixanadır.

Söylədiklərinin sadəcə doğru olmasına deyil, söhbət etdiyin insanın bu gerçəklərə qatlaşa biləcək insan olub olmadığına da diqqət et.

Etdiyimiz, bir-birimizi şərh etməkdən, izah etməkdən başqa bir şey deyil.

Xoşbəxtlik, insanın həyatda baş qatmağı nə dərəcədə gözəl bacarmasıyla düz mütənasibdir. Əgər özünüzü xoşbəxt hiss edirsizsə, demək baş qatmağı gözəlcə bacarırsız.

Xalq nəzdində qəbul edilən əxlaqsız natiqlər sadəcə insanların eşitmək istədiyi sözləri söyləyərlər.

Qanunun gücü, hökmdarın gücüdür.

Dünya hər kəsi pəncəsinə alan qəzəb içində yox olub getməkdədir. Zəfər nə Tanrıya, nə Şeytana aiddir. Zəfər Dəliliyindir.

Biz, ironik olaraq yaradıcılığımızı məhdudlaşdırıb həbs edən biçimlər yaradan varlıqlarıq.

Yoxsullara, milləti yoxsullaşdırmadan yardım etməyin tək yolu onları çalışdırmaqdır.

İnsan özünə qarşı kordur.

Söz, iqtidarı yaradır və hərəkətə keçirir, onu gücləndirir ancaq eyni zamanda da yorur, zəiflədir və silinməsinə imkan yaradır.

Nə gördüyümüzü söyləməyimiz əslində boşunadır, çünki gördüklərimiz söylədiklərimizin içinə heç zaman yerləşmir.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR