HAQQIMIZDA

Bilgə.az saytı modern düşüncə və intellekt platformasıdır. Məqsədimiz elm, sənət, mədəniyyət və digər sahələrdəki ən vacib mövzuları, fikir axınlarını Azərbaycan oxucusuna öz dilində ən keyfiyyətli şəkildə çatdırmaqdan ibarətdir. Burada oxucu həm yerli, həm də beynəlxalq əhəmiyyətli mövzularla tanış ola və öz fikirlərini ifadə edə bilər.

Bilge.az internet məkanı oxucusunun mədəni və intellektual zövqünü, faydalı mütaliə ehtiyacını qarşılamaq, ümumi bilik və dünyagörüşünü artırmağı hədəfləyib. Bir düşüncə platforması kimi biz oxucu auditoriyasının axtarış və gözləntilərinə uyğun fəaliyyət istiqaməti seçmişik. Və bu istiqamətin cəmiyyətin inkişafına töhfə verəcəyinə ümidvarıq.